Layihə haqqında

Müsabiqə ilk dəfə 1999-cu ildə “ARLISS” adı altında Yaponiya və Amerikanın universitet tələbələrinin iştirakı ilə keçirilib.

1998-ci ildən başlayaraq dünyanın bir çox ölkələrində keçirilən və nüfuza sahib olan “CanSat” müsabiqəsinin 2018-ci ildən etibarən Azərbaycanda da keçirilməsi planlaşdırılır. “CanSat Azerbaijan” adlandırılacaq bu müsabiqə ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub. Müsabiqənin məqsədi:

  • Ölkəmizdə tələbə peyki layihələrinə marağın artırılması; 
  • Azərbaycanlı tələbələr arasında kütləviləşdirilməsi;
  • Azərbaycanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və uğurlu nəticələrin əldə edilməsi;
  • Gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün təcrübi bacarıq və vərdişlərin əldə edilməsidir. 

Müsabiqə 7 mərhələdən ibarətdir:

  • Müraciət və qeydiyyat
  • Müzakirələr və təlimlər
  • PDR¹ - Modelin ilkin hesabat sənədlərinin təqdim edilməsi
  • CDR² - Modelin yekun hesabat sənədlərinin təqdim edilməsi
  • Hazırlanan peyk modellərinin buraxılışı
  • PFR³ - Uçuş sonrası hesabat sənədlərinin təqdim edilməsi
  • Yekun qiymətləndirmə və təltifetmə



¹PDR – Preliminary Design Review, 

²CDR – Critical Design Review,

³PFR – Post Flight Review



Müraciət və qeydiyyat

Müsabiqədə iştirak etmək istəyən komandaların öz təkliflərini “Müraciət forması”-nı yükləyərək doldurub qeydiyyat müddəti ərzində (5-23 yanvar 2018-ci il) Təşkilatçılara imzalanmış formada poçt vasitəsi ilə Ü.Hacıbəyli küçəsi 72 nömrəli ünvanda, 5-ci mərtəbədə yerləşən “Azərkosmos” ASC-yə təqdim olunması tələb olunur. Həmçinin, komandalar cansat.az veb səhifəsindən də qeydiyyatdan keçməlidirlər.

  1. Komandalardan “Müraciət forması”-nı düzgün qaydada doldurulmasına əmin olmaları xahiş olunur. 
  2. “Müraciət forması”-nı göndərməklə komandalar Müsabiqənin texniki şərtlərini oxuduqlarını və onlarla razılaşdıqlarını təsdiq edirlər. 
  3. Layihədə iştirak etmək üçün son tarix 23 yanvar 2018-ci ildir

Komanda – 1 tələbənin komanda rəhbəri seçilməsi şərti ilə minimum 3, maksimum isə:

  • yalnız bakalavr pilləsində oxuyan tələbələrdən ibarət komanda üçün – 8;
  • yalnız magistr pilləsində oxuyan tələbələrdən ibarət komanda üçün – 4;
  • bakalavr və magistr pilləsində oxuyan tələbələrdən ibarət komandalar üçün – 4 bakalavr və 2 magistr olmaqla cəmi 6

tələbədən ibarət ola bilər. Bütün komanda üzvləri eyni ali təhsil müəssisəsində təhsil almalıdır. Təşkilatı işlərin koordinasiyası üçün komandaya ali təhsil müəssisəsi tərəfindən Nümayəndə təyin olunmalıdır. 

Qeyd: Nümayəndə müsabiqə zamanı texniki tapşırıqlarla bağlı komandaya heç bir köməklik göstərə bilməz.

Yuxarıda göstərilən tələblər müraciət edən komandalar tərəfindən yerinə yetirildikdən sonra Təşkilatçılar tərəfindən qeydiyyat ilə bağlı məlumatlar birbaşa komandaların elektron poçt ünvanına göndəriləcək.


Təqvim

Müsabiqənin detallarını və tələblərini özündə əks etdirən “Texniki tapşırıq” ilkin mərhələ başlamazdan əvvəl Təşkilatçılar tərəfindən açıqlanacaq. 

Müsabiqənin mərhələlərinin aşağıda göstərilən vaxt aralığında keçirilməsi planlaşdırılır:

Mərhələ Tarix
1  Müraciət və qeydiyyat  5 yanvar - 23 yanvar
2  Müzakirələr və təlimlər  1 fevral - 28 fevral
3  PDR - Modelin ilkin hesabat   sənədlərinin təqdim edilməsi  1 mart - 31 may
4  CDR - Modelin yekun hesabat   sənədlərinin təqdim edilməsi  1 iyun - 20 iyul
5  Hazırlanan peyk modellərinin   buraxılışı          avqust
6  PFR - Uçuş sonrası hesabat   sənədlərinin təqdim edilməsi  avqust-sentyabr
7  Yekun qiymətləndirmə və   təltifetmə  avqust-sentyabr