Azərbaycanın ilk CanSat komandası

Azərbaycanın ilk model peyk komandası – “NaaSAT” “Azərkosmos” ASC-nin dəstəyi ilə 2015-ci ilin oktyabr ayında formalaşdırılıb və 2016-cı ildə Texasda keçirilən ənənəvi Beyləlxalq CanSat yarışmasında iştirak edib. Ölkəmizin ilk dəfə bu müsabiqədə təmsil olunmasına baxmayaraq, komanda model peykin ilkin (PDR-Preliminary Design Review) və son dizayn baxışı (CDR-Critical Design Review) mərhələlərindən müvəffəqiyyətlə keçərək dünyanın qabaqcıl universitetlərinin qatıldığı 100-ə yaxın komandadan ilk 40 komanda sırasına düşüb və 31-ci yerə layiq görülmüşdür. Müsabiqənin mərhələlərini uğurla keçdikdən sonra “Naasat” komandası finalda model peyki səmaya buraxmaq hüququ qazanmışdır.

2017-ci ildə “NaaSAT” komandası ikinci dəfə bu müsabiqədə təmsil olundu və ABŞ, İtaliya, Nepal, Hindistan və Kanadanın bir sıra universitetlərinin təcrübəli komandalarını, həmçinin Polşanın ötənilki qalib komandasını geridə qoyaraq yarışmada 13-cü yerə layiq görülüb.