“CanSat Azərbaycan 2018” müsabiqəsinə qeydiyyat başa çatdı

Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Azərkosmos" ASC-nin birgə təşkilatçılığı ilə start verilən “CanSat Azərbaycan 2018” müsabiqəsinə qeydiyyat tarixi artıq başa çatıb. Müsabiqədən ümumilikdə 11 universitetdən38 komanda qeydiyyatdan keçib.

Qeydiyyatdan keçən komandalarla buradan tanış ola bilərsiniz. 

31 yanvar 2018-ci il tarixinə kimi  qeydiyyatdan keçən komandaların təsdiq olunması prosesi başa çatacaq.

Komandaların təsdiq olunması prosesi bitdikdən sonra komandalarla birgə cari ilin fevral ayından etibarən təlimlər və müzakirələrə start veriləcək.

Komanda nümayəndələrinin diqqətinə!

Komandaların universitet (və ya akademiya) tərəfindən təyin olunan nümayəndələrindən universitetin (və ya akademiyanın) imzalanmış rəsmi  məktubunu 31 yanvar 2018-ci il tarixinə kimi poçt vasitəsi ilə Ü.Hacıbəyli küçəsi 72 nömrəli ünvanda, 5-ci mərtəbədə yerləşən “Azərkosmos” ASC-yə göndərmələri xahiş olunur.