“CanSat Azərbaycan 2018” müsabiqəsində 31 komandanın qeydiyyatı təsdiqləndi

“CanSat Azərbaycan 2018” müsabiqəsində ümumilikdə 11 universitetdən31 komandanın qeydiyyatı təsdiqləndi.

Qeydiyyatı təsdiq olunan komandalarla buradan tanış ola bilərsiniz. 

Cari ilin 12 fevral tarixindən etibarən “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarətmə Mərkəzində təlimlər və müzakirələrə start veriləcək.

Komandalarla keçiriləcək təlim və müzakirələr 24 fevral tarixinə kimi davam edəcək.

Qeyd: Hər komanda üçün iki günlük təlim proqramı nəzərdə tutulub.

Təşkilatçılar tərəfindən komandaların hər birinə artıq mentorlar təyin olunub.

Təlim müddətində mentorlar iştirakçılarla birgə müsabiqə çərçivəsində veriləcək tapşırıqlara dair müzakirələr aparacaq. Həmçinin, mentorlar tərəfindən komandalara ümumi təlimatlar veriləcək və ortaya çıxan suallar cavablandırılacaq.